Tinatin Berdzenişvili - İctimai Yayımçı dövlətçilik təfəkkürü olan bir kanaldır və heç bir zaman öz ölkəsinin aləyhinə işləməyəcək
İctimai Yayımçı dövlətçilik təfəkkürü olan bir kanaldır və heç bir zaman öz ölkəsinin aləyhinə işləməyəcək, – bu barədə bəyanatı Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili Birinci Kanalın efirində verdi.
Tinatin Berdzenişvili qeyd etdi ki, medya üçün müstəqillik çox vacibdir. Xüsusi ilə də İctimai Yayımçı üçün, çünki o demokratiyanın dirəyidir.
“Mənim bir vətəndaş və bu böyük institusiyanın direktoru olaraq, məsuliyyətim müstəqilliklə və azadlıqla bağlıdır. Biz əldə etdiyimiz müstəqilliyi qorumalıyıq. Bu azadlıdan doğru şəkildə istifadə etməyi öyrənməliyik. Televiziya bu istiqamətdə inkişaf edir. Biz hər platformumuz üçün, hər zaman, ölkəmizi və ictimaiyyətimizi birləşdirən mövzular seçirik. Çox vacibdir ki, 26 may efiri də belə olsun”, – dedi Tinatin Berdzenişvili.
Onun dediyinə görə, İctimai Yayımçı Avropanın hər ölkəsində müəyyən çağırışlar qarşısında durur.
“Hər zaman deyirəm, bizi müəyyən hissə, xüsusi ilə də siyasi elita bəyənməsə, əslində bu daha yaxşıdır. İctimai Yayımçı dövlətçilik təfəkkürü olan bir kanaldır və heç bir zaman öz ölkəsinin aləyhinə işləməyəcək. Biz bu ictimaiyyəti birləşdirməyə və daha yaxşı etməyə çalışırıq. Doçanaşvilinin sözlərini təkrarlayacam: bir nəfəri belə daha yaxşı insan edə bilsək bu deməkdir ki, məqsədimizə nail olacağıq.
Bir neçə gün bundan əvvəl sorğu nəticələri yayıldı, harda bildirilir ki, ictimaiyyətin kanalımıza olan etibarı artıb. Buna görə iki qat daha məsuliyyətli olmalıyıq. İctimaiyyətin bizdən gözlədiyi produksiyayı yaratmalıyıq”, – dedi Tinatin Berdzenişvili.
Onun dediyinə görə, Birinci Kanal artıq bir neçə ildir ki mayın 26-nı fasiləsiz efir ilə qeyd edir.
“Hər zaman medya olaraq, əlimizdən gələni edirik və bu gün də 26 mayla bağlı heç mövzuyu diqqətsiz buraxmayacağıq”, – dedi kanalın baş direktoru.