Tinatin Berdzenişvili - Hərkəsə müraciət edirəm, İctimai Yayımçıyı siyasi səhnəyə çevirməsinlər
Tinatin Berdzenişvili - Hərkəsə müraciət edirəm, İctimai Yayımçıyı siyasi səhnəyə çevirməsinlər

Hərkəsə müraciət edirəm, İctimai Yayımçıyı siyasi səhnəyə çevirməsinlər, belə bir haqqı kimsəyə verməyəcəyik, – bu barədə bəyanatı Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili, kanala edilən növbəti hücumu dəyərləndirərkən verdi.

“Biz öz məsuliyyətimizi yaxşı dərk edirik. Onu da bilirik ki, bizi qanun qoruyur və beynəlxalq təşkilatlar dəstəkləyir. Biz onlarla medya azadlığı və bu gün baş verən faktla bağlı danışmaq üçün müəyyən görüşlər keçirəcəyik.

Bu ölkədə hərkəs medya azadlığı haqqında danışır, ancaq konkret faktlar qarşısında başqa cür hərəkət edirlər. Bizim kanal üçün bloklanmış respondent yoxdur və bizi siyasi  səhnəyə çevirməsinlər, – dedi Tinatin Berdzenişvili.

Qeyd edək ki, bu gün “Avropa Gürcüstanı” partiyasının lideri Giqa Bokeria Birinci Kanalı “partiya nümayəndələrinə qarşı sərt” mövqeyi olmaqla ittiham etdi.