Tinatin Berdzenişvili - Bizim üçün çox önəmlidir ki, ATƏT/ODİHR monitorinq missiyasının rəhbəri ilk öncə İctimai Yayımçıya gəldi, onların monitorinqlərinin nəticəsi bizim üçün vacibdir, çünki bizim yüksək standartları qorumaq pretenziyamız var
Bizim üçün çox önəmlidir ki, ATƏT/ODİHR monitorinq missiyasının rəhbəri ilk öncə İctimai Yayımçıya gəldi, onların keçirdiyi monitorinqlərin nəticəsi bizim üçün vacibdir, çünki yüksək standartları qorumaq pretenziyamız var, – bu barədə bəyanatı Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili, ATƏT və ODİHR müşahidəçilər missiyasının rəhbəri Cilien Stirklə görüşdən sonra verdi.
Tinatin Berdzenişvili qeyd etdi ki, görüşdə söhbət ölkədə mövcud olan medya mühitinə, siysi subyektlərin işıqlandırılmasına və monitorinq sisteminə toxundu.
“Monitorinq nəticələri bizim üçün çox önəmlidir, çünki yüksək standartları qorumaq üçün pretenziyamız var. Onları öz monitorinq sistemimizlə tanış etdik, hansının nəticələrini bugün yayacağıq. Düşünürəm ki, çox əhəmiyyətli və məlumatlandırıcı görüşümüz oldu”, – dedi Tinatin Berdzenişvili.