Tina Bokuçava - Xalqın və tərəfdaşların müraciətlərini dinləməli və düzəlişləri parlamentdən geri götürməlidirlər, gecikmiş olsa da bu mərhələdə yeganə düzgün addım olacaq
Tina Bokuçava - Xalqın və tərəfdaşların müraciətlərini dinləməli və düzəlişləri parlamentdən geri götürməlidirlər, gecikmiş olsa da bu mərhələdə yeganə düzgün addım olacaq

 
Xalqın və tərəfdaşların müraciətlərini dinləməli və düzəlişləri parlamentdən geri götürməlidirlər, gecikmiş olsa da bu mərhələdə yeganə düzgün addım olacaq-bu haqda “Milli Hərəkat”ın üzvü Tina Bokuçava şəffaflıq qanun layihəsi ilə bağlı deyib.

O, qanunun ölkənin milli gələcəyini təhdid etdiyini bildirib.

“Hamı, gənc və ya yaşlı nəslin nümayəndəsi, avropalı və ya amerikalı, gürcü futbolçu və ya musiqiçi hər kəs Bidzina İvanişvilinin partiyasına deyir ki, Rus qanununa yox və bu qanunu geri götürün, çünki bu, ölkəmizin milli gələcəyinə təhlükə yaradır. Onlar gürcü xalqının və tərəfdaşların müraciətlərinə qulaq asmalı, düzəlişləri parlamentdən geri götürməlidirlər. Gecikmiş olsa da bu mərhələdə yeganə düzgün addım olacaq. Müzakirəni dayandırmaq və İvanişvilinin partiyasını bunun ölkənin Avropaya inteqrasiyasına mane olacaq zərər olduğuna inandırmaq üçün əlimizdə olan təsir vasitələrindən və vaxtdan istifadə etdik. Bizim səylərimizə baxmayaraq, hamının ölkənin Avropaya inteqrasiya prosesinə zərbə vurduğunu söylədiyi bu qanunu 83 deputatın dəstəklədiyini gördük”-Tina Bokuçava açıqlayıb.