Tina Bokuçava - Müxalifət meydanında qarşıdurma ictimai sifarişə xəyanətdir
Hər kəsin öz seçimi var, hərçənd ən əsası ictimaiyyətin sifarişinə cavab verməyimizdir- onlar müxalifət birliyini istəyirlər, məhz bu səbəbdən “Vahid Milli Hərəkat” böyük birliyin tərəfdarıdır, çünki müxalifət meydanında qarşıdurma ictimai sifarişə xəyanətdir- bu haqda “Vahid Milli Hərəkat”ın sədri Tina Bokuçava açıqlayıb.
“Vahid Milli Hərəkat”ın sədri “Gürcüstan naminə” partiyasının nümayəndələrinin onlar üçün yalnız “Lelo” partiyasının məqbul olması haqda bəyanatına münasibət bildirib.
“Hər kəsin öz seçimi var, hərçənd ən əsası ictimaiyyətin sifarişinə cavab verməyimizdir. Bu gün bütün görüşlər, istər etiraz aksiyası olsun, istərsə də Gürcüstan vətəndaşları ilə malik olduğumu digər ünsiyyət açıq şəkildə göstərir ki, Gürcüstan vətəndaşları müxalifət birliyini istəyirlər. İctimai sifarişə cavab vermək bizim borcumuzdur, bu səbəbdən “Vahid Milli Hərəkat” böyük birliyin tərəfdarıdır, çünki müxalifət meydanında bölünmə, parçalanma və qarşıdurma ictimai sifarişə xəyanətdir və İvanişvili hakimiyyətinə növbəti dəfə seçkiləri manipulyasiya etməyə cəhd etmək imkanı verməkdir. İvanişviliyə indi bunu etmək imkanı verilməməlidir və biz maksimal olaraq həmrəy olmalıyıq” – deyə Tina Bokuçava açıqlayıb.