TimeOut Xviça Kvaratsxelia və Tato Qriqalaşvilini ilin kişi idmançıları seçib #1TVSPORT
Gürcüstanın Birinci Kanalının “TimeOut” verilişində eyni vaxtda iki idmançı, futbolçu Xviça Kvaratsxelia və cüdoçu Tato Qriqalaşvili ilin idmançısı seçilib.
İlin idmançısı – Xviça Kvaratsxelia, Tato Qriqalaşvili
Xviça Kvaratsxelia Gürcüstan futbol komandasını Millətlər Liqasının C divizionunun qələbəsinə aparıb, Napoliyə keçdikdən sonra isə komandanın lideri və Avropanın görkəmli oyunçularından birinə çevrilib. O, Seriya A-da və Çempionlar Liqasında 17 matçda 8 qol vurub, 8 məhsuldar ötürmə edib və 3 penalti qazanıb. Avqust ayında gürcü futbolçu Seriya A liqasının və İtaliya oyunçular birliyinin rəsmi səhifəsi tərəfindən ayın oyunçusu seçilib.
Gürcü cüdoçu Tato Qriqalaşvili 2022-ci ildə Sofiyada Avropa çempionu olub, Daşkənddə isə dünya çempionunun qızıl medalını qazanaraq karyerasında ən yaxşı nəticə göstərib.
“Bu il ən yaxşı mövsümümü keçirdim. Mən dünya və Avropa çempionu oldum, yekun turnirin – “Jerusalem Masters”in qalibi oldum. Mən xoşbəxtəm və ümid edirəm ki, gələcəkdə daha çox qələbələr olacaq”- deyə Tato Qriqalaşvili açıqlayıb.