Tikinti materialları istehsalçısı olan Almaniyanın “Knauf” şirkəti Rusiya bazarını tərk edir
Tikinti materialları istehsalçısı olan Almaniyanın “Knauf” şirkəti Rusiya bazarını tərk edir

 
Tikinti materialları istehsalçısı olan Almaniyanın “Knauf” şirkəti Rusiya bazarını tərk edir. Bu haqda məlumatı “Deutsche Welle”nin rus redaksiyası yayır.

Yayılmış bəyanatda qeyd edildiyi üzrə, qərar “cari hadisələr fonunda” qəbul edilib. Bundan əlavə, şirkət söhbətin hansı hadisədən getdiyini dəqiqləşdirmir, lakin bundan əvvəl, aprelin əvvəlində alman mediasında “Knauf” da daxil olmaqla, alman şirkətlərinin Rusiyanın işğal etdiyi Mariupolda tikinti işlərində iştirak etdiyi haqda məlumat yayıldı.

“Knauf” 30 ildən artıqdır Rusiya bazarında fəaliyyət göstərirdi. Şirkətdən bildirilib ki, dörd mindən çox işçinin iş yerlərini qorumaq üçün müəssisə xammalın çıxarılması, istehsalı və satışı da daxil olmaqla yerli idarəçiliyə veriləcək. Sözügedən qərar Rusiya hakimiyyəti tərəfindən təsdiqlənməlidir.