Tikinti ərazisində yaşıllıq sahəsinin salınması layihəsinin təqdim edilməsi məcburi olacaq

 
İnşaat şirkətləri üçün tikinti ərazisində yaşıllıq sahəsinin salınması layihəsinin təqdim edilməsi məcburi olacaq.

Bunu, Regional inkişaf və Özünü İdarəetmə Komitəsinin bu gün birinci oxunuşda müzakirə etdiyi “Gürcüstanın Ərazi Planlaşdırılması, Memarlıq və Tikinti Fəaliyyəti Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanunlayihə nəzərdə tutur.

“Məcəlləyə yaşıllaşdırma layihəsinin izahatı daxil edilir, bu tikinti ərazisində yaşıllıq sahəsinin salınmasını nəzərdə tutur, developer və ümumi tikinti prosesini həyata keçirənlərin bunu həm tikilinin detallı planının , həm də torpaqdan inşaat məqsədi ilə istifadə şərtlərinin və inşaat icazəsi layihəsinin təqdimatı mərhələsində təqdim etmə öhdəliyi olacaq.
Onun yerinə yetirilməsi, eləcə də tikinti icazəsi ilə müəyyən edilmiş digər şərtlərin yerinə yetirilməsi tikilən müəssisənin istismara verilməsinədək məcburi olacaq”-deyə Parlamentin Ətraf Mühit və Təbii Resurslar Komitəsinin sədri Maia Bitadze izah edib.

Məruzəçinin sözlərinə görə, Tbilisi şəhərinin qanunvericiliyinə 3 il əvvəl analoji dəyişiklik daxil edilib. İnşaat icazəsi və tikililərin tənzimlənməsi planı çərçivəsində K-3 nisbətinin ,dırnaq arası yaşıllıq koefisientinin detallı şəkildə təsviri və istifadəsi sxeminin qəbulu zəruri oldu. Bitadzenin sözlərinə görə, əgər əvvəllər K-3 koefisienti daha çox dayanacaqlar üçün istifadə edilən boş sahə demək idisə, hazırda bu məkan artıq dendroloji layihənin sonradan qayğı göstərmək-sahib çıxmaqla təqdim edilməsi deməkdir.

Komitə qanunlayihənin plenar iclasda müzakirəsini dəstəkləyib.