Ticarət mollarında vətəndaşların temperaturuna video skrininq sistemi vasitəsi ilə nəzarət ediləcək
 Ticarət mollarında vətəndaşların temperaturuna video skrininq sistemi vasitəsi ilə nəzarət ediləcək

 

Əmək Şəraitinin Təftişi İdarəsinin rəhbəri, Beka Pheradze bildirir ki, ticarət mollarının qarşılamaları gərəkən tələblər artıq razılaşdırılıb.Onun sözlərinə görə,mollarda hazırlıqlar artıq başlayıb.

“Yəqin ki, ticarət molları  ilə bağlı sabah yekun sənədi  qəbul edəcəyik. Molların  nümayəndələri ilə bir neçə dəfə görüşdük və faktiki olaraq  deyə bilərik ki, qarşılamaları gərəkən   bütün müddəalara dair  razılaşmışıq”-deyə Beka Pheradze bildirib.

Onun sözlərinə görə, söhbət mollarda video skrininqin istifadəsindən  gedir.

O,sahə nümayəndələri ilə konstruktiv dialoqun baş tutduğunu bildirib.

“Gözləntilərimiz var ki , sənədi sabah təsdiqləyəcəyik və tezliklə işləri həyata keçirmək  hüququ qazanacaqlar. Təbii ki, onlar Gürcüstan hökumətinin müvafiq qətnaməsi  ilə bu hüququ əldə etməlidirlər. Biz bu sənədi onlarla birlikdə hazırladıq və tələblərin nə olduğunu əvvəlcədən bilirlər. Artıq hazırlıqlara başlayıblar. Bir neçə texniki detal dəqiqləşdiriləsidir , dəqiqləşdiriləcək və sabah təsdiqlənəcək”-deyə Beka Pheradze bildirib.

 

Hazırladı-Sevinc Mustafayeva