Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyinin GMP müfəttişlərini Danimarka şirkəti hazırlayır
Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyinin GMP müfəttişlərini Danimarka şirkəti hazırlayır

 

Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyinin direktoru Zaal Kapanadze ÜST-nin Əməkdaşlıq Mərkəzinin “Pharmakon”-un dərman siyasəti və əczaçılıq təcrübəsi sahəsində nümayəndələri ilə görüşüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, tərəflər GMP/GDP müfəttişlərinin hazırlıq treninqləri ilə bağlı danışıblar.

“Pharmakon”-un mütəxəssisləri tərəfindən GMP / GDP müfəttişləri üçün davamlı peşə inkişafını təmin edən üç modullu kurs hazırlanıb. Peşə İnkişafı Proqramının ilk modulu yanvar ayında distant rejimdə həyata keçirilib.Sabahdan isə təlimin praktiki hissəsi başlayacaq , “Pharmakon”-un mütəxəssisləri xüsusi olaraq bunun üçün Gürcüstana gəliblər.

Danimarkalı ekspertlər ilə keçirilən görüşdə Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyinin direktor müavinləri, aidiyyəti departament və idarələrin rəhbər şəxsləri iştirak ediblər.

Xatırladaq ki, Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi ölkədə istehsal olunan və idxal olunan dərmanların keyfiyyətini təmin etmək məqsədilə, GMP (Yaxşı İstehsalat Təcrübəsi) və GDP (Yaxşı Distribusiya Təcrübəsi) standartlarının tətbiqinə başladı. GMP/GDP standartlarının tətbiqi ölkə üçün vacib məsələdir, belə ki, bu standart ölkədə dövriyyədə olan əczaçılıq məhsullarının yüksək keyfiyyətini və Gürcüstanda istehsal olunan dərman vasitələrinin ixracının artımını təmin edir” – deyə nazirliyin məlumatında qeyd olunub.