The Washington Post Rusiya tərəfindən Gürcüstana qarşı həyata keçirilən kiberhücum haqqında geniş məqalə yayır
The Washington Post Rusiya tərəfindən Gürcüstana qarşı həyata keçirilən kiberhücum haqqında geniş məqalə yayır

Amerikan nəşriyyatı The Washington Post yazır ki, çümə axşamı Amerika Birləşmiş Ştatları, digər dövlətlərlə bərabər Rusiyayı Gürcüstana qarşı geniş miqyaslı kiberhücumun həyata keçirilməsi ilə  ittiham etdi və söz verdi ki, Kreml bununun üçün cavab verməli olacaq.

Məqalədə qeyd olunur ki, oktyabrın 28-də, Gürcüstana qarşı həyata keçirilən kiberhücum zamanı minlərlə dövlət və özəl veb-səhifələri silindi və telekanalların yayımında problemlər yarandı.

ABŞ Dövlət Katibi Maik Pompeo və Pentaqon bəyan etdilər ki, bu hücumları Rusiyanın hərbi kəşfiyyət xidməti “GRU” həyata keçirib. Konkret olaraq isə, məşhur rus xakerlər qrupu Sandworm ittiham edilir

Pompeonun dediyinə görə, Amerika Birləşmiş Ştatları Rusiyadan belə hərəkətlərin dayandırılmasını tələb edir və bəyan edir ki, bundan sonra ABŞ Gürcüstana belə kiberhücumdan qorunması üçün yardım edəcək.

Məqalədə həmçinin deyilir ki, nə Dövlət Departamenti nə də Pentaqon Rusiyaya hansı yollarla cavab verdirəcəklərini konkretləşdirmədilər.