"The New York Times-Siena College"in sorğusuna əsasən, rəyi sorulmuş "Demokratlar"ın 64 faizi 2024-cü ilin seçkilərində Co Baydenə deyil, başqa namizədə üstünlük verəcək
Media “Demokratlar”ın əksəriyyətinin Co Baydenin 2024-cü ilin prezident seçkilərində partiyanın namizədi olmasını istəmədiyini yazır. “The New York Times-Siena College”in sorğusu, rəyi soruşulmuş “demokratlar”ın 64 faizinin 2024-cü ilin seçkilərində Co Baydenə deyil, başqa namizədə üstünlük verəcəyini göstərdi.
“Demokratlar”ın 26 faizi növbəti prezident seçkilərində Baydeni yenidən dəstəkləyəcəyini bildirib. Niyə yeni namizədi dəstəkləyəcəkləri ilə əlaqədar ünvanlanan suala “Demokratlar”ın 33 faizi əsas səbəb kimi yaşı ; 32 faizi işin yerinə yetirilməsini ; 12 faizi yeni namizədə üstünlük verdiyini, 10 faizi isə Baydenin kifayət qədər mütərəqqi olmadığını bildirib.
Sorğunun nəticələrinə əsasən, sorğulananların 76 faizi ABŞ-ın yanlış istiqamətdə getdiyini, 13 faizi isə ölkənin düzgün istiqamətdə getdiyini düşünür. Sorğulananların 44 faizi 2024-cü ilin prezident seçkiləri bu gün keçirilsəydi Baydenə səs verəcəyini bildirib; Sorğulananların 41 faizi sabiq prezident Trampın 2024-cü ildə prezidentliyə namizəd olsaydı, ona səs verəcəyini bildirib. Co Baydenin reytinqi 33 faizədək azalıb.