“The Guardian” yazır ki, Macarıstanda xaricdən maliyyələşən partiyaları, media qurumlarını və qeyri-hökumət təşkilatlarını əhatə edəcək yeni qanun layihəsi hazırlanır
“The Guardian” yazır ki, Macarıstanda xaricdən maliyyələşən partiyaları, media qurumlarını və qeyri-hökumət təşkilatlarını əhatə edəcək yeni qanun layihəsi hazırlanır

“The Guardian” yazır ki, Macarıstan hökuməti Macarıstanın “suverenliyinə” təhlükə yaradan fəaliyyətləri araşdıracaq yeni agentlik yaratmağı planlaşdırır.

Britaniya nəşrinin yazdığı kimi, Macarıstanın hakim partiyası yaxın günlərdə yeni qanunu parlamentə təqdim etmək niyyətindədir.

“Guardian”ın məlumatına görə, hakim partiyada qeyd olunduğu kimi, yeni qanun layihəsi xaricdən maliyyələşən, Brüssel və Vaşinqtonun təsiri altında fəaliyyət göstərməkdə ittiham olunan siyasi partiyalara, mediaya və qeyri-hökumət təşkilatlarına şamil olunacaq.

“Guardian”a müsahibəsində müxalifət partiyalarının, eləcə də bəzi Macarıstan medyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri hökumətin yeni qanunla tənqidi medianın və vətəndaş sektorunun səsini boğmağı planlaşdırmasından narahat olduqlarını bildirirlər.