Teymuraz Kupatadze - Dezinformasiya yayılırdı ki, güya Azərbaycan tərəfindən provokasiya gözlənilir, ancaq, heç bir Azərbaycanlı əsgər öz ərazisindən bu tərəfə keçmədi
Teymuraz Kupatadze - Dezinformasiya yayılırdı ki, güya Azərbaycan tərəfindən provokasiya gözlənilir, ancaq, heç bir Azərbaycanlı əsgər öz ərazisindən bu tərəfə keçmədi

Gürcüstanın Daxili İşlər Nazirliyinin sərhəd polis rəhbərinin müavini Teymuraz Kupatadze bəyan edir ki, Davit Qarecidə  bugün səhərdən gürcü və Azərbaycanlı sərhədçilər birgə monitorinq keçirirdilər.

“Səhərdən Ata Kirion və digər din xadimləri ilə Davit Qareciyə doğru gedən ziyarətçilərin təhlükəsiz şəkildə keçəcəyi marşrutları planlaşdırdıq. Həmçinin, bugün dezinformasiya yayılırdı, ki güya Azərbaycan tərəfindən provokasiya gözlənilir, halbuki, heç bir Azərbaycanlı əsgər öz ərazisindən bu tərəfə keçmədi. Sadəcə sərhədçilər var və onlarda öz vəzifələrini yerinə yetirirlər. Yenə də, hərhansı provokasiya ehtimalını aradan qaldırmaq üçün, ərazidə polis qüvvələri səfərbər olunub” – dedi Kupatadze.

Orada hərhansı insindentin baş verib-verməməsi ilə bağlı suala isə, Teymuraz Kupatadze cavab verdi ki, Davit Qarecinin yanına yığılan adamlar arazinin bağlı olduğunu düşündükləri üçün kiçik insindent baş verdi, ancaq onlar sonra əmin oldular ki, ərazi bağlı deyil və geri qayıtdılar.