Teymur Abbazov Marneuli Sakrebulosuna istefa tələbi ilə müraciət etdi
Teymur Abbazov Marneuli Sakrebulosuna istefa tələbi ilə müraciət etdi

Teymur Abbazov Marneuli Sakrebulosuna istefa tələbi ilə müraciət etdi, – bu barədə məlumatı Birinci Kanala Teymur Abbazovun özü verdi.

“Məhkəmə prosesi ola bilsin ki, aylar ərzində davam edəcək. Bu müddət ərzində isə, vəzifədə qalmaq istəmirəm. Ona görə də, bugün vəkillərinm Marneuli sakrebulosuna mənim istefa tələbimi təqdim etdilər. Ümid edirəm ki, məhkəmə ədalətli olacaq və haqqımda ədalətli qərar veriləcək”, – dedi Teymur Abbazov.

Teymur Abbazovun Marneuli meri vəzifəsindəki səlahiyyəti iyunun 13-də dayandırıldı.

Marneulinin sabiq meri, Marneuli sakini olan Elçin Allahverdiyevə qarşı qeyri-insani hərəkət etməklə ittiham olunurdu.