Tetritsklebi-Verona yol hissəsində nəqliyyatın hərəkəti qadağan edildi
Tetritsklebi-Verona yol hissəsində nəqliyyatın hərəkəti qadağan edildi

Dövlətdaxili əhəmiyyətə malik Vaziani-Qombori-Telavi avtomobil yolunun 37-48 km (Tetritsklebi-Verona) hissəsində çətin meteoroloji şəraitlə (çovğun, görmə məsafəsinin məhdudlaşdırılması) əlaqəli olaraq bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Sözügedən məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.

Qurumdan verilən məlumata görə, magistralın qalan hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.