Tetritskaro munisipalitetində koronavirus 15 nəfərdə təsdiqləndi.
Təsdiqlənən halların hamısı tibbi klasterə aiddir.
Kvemo-Kartlinin qubernatoru Şota Rexviaşvilinin dediyinə görə, Luqar laboratoriyası 170 material apardı, ancaq ordan sadəcə 16-sı təsdiqləndi.
“Meriya və Sakrebulo əməkdaşları yüksək risk qrupu hesab edilirdilər, ancaq onların analiz cavabları mənfi çıxdı. Təsdiqlənən halların hamısı məlum klasterdir. Onların isə, 200 nəfərlə kontaktı qeydə alınıb” – dedi Şota Rexviaşvili.