Terrorla Mübarizə üzrə Milli Strategiya və Fəaliyyət Planını hökumətin bugünkü iclasında təsdiqləyəcəklər

 

Hökumətin iclasında terrorla mübarizə üzrə milli strategiyanı və fəaliyyət planını təsdiq edəcəyik – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib.

Baş nazir qeyd edib ki, sənədin məqsədi dövləti və cəmiyyəti terrorizm və zorakı ekstremizmin yaratdığı təhlükələrdən qorumaqdır.

“Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri milli antiterror strategiyasının və onun fəaliyyət planının təsdiq edilməsi məsələsini irəli sürür. Bu sənədin məqsədi dövləti və cəmiyyəti terrorizm və zorakı ekstremizmin yaratdığı təhlükələrdən qorumaqdır. Gürcüstan hökumətinin sərəncamı ilə yaradılmış Qurumlararası Daimi Komissiyaya üzv bütün qurumlar, Terrorla Mübarizə üzrə strategiyanın və onun fəaliyyət planının hazırlanması prosesinə cəlb olunmuşdu və bu gün biz bu sənədi təsdiq edəcəyik”, -deyə İrakli Ğaribaşvili bildirib.