Terrorçuluqla bağlı yalan bildiriş faktı üzrə saxlanılmış Gürcüstan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən terrorçuluqla bağlı yalan bildiriş faktı üzrə saxlanılmış Gürcüstan vətəndaşı barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.
Məhkəmə iclasında iş üzrə prokurorun qeyd etdiyi kimi, təqsirləndirilən şəxs 112-yə zəng edərək ticarət mərkəzlərindən birində partlayıcı qurğuların olması haqda məlumat verib.
Bununla yanaşı, müdafiə tərəfinin bəyanatına əsasən, təqsirləndirilən şəxsin psixi sağlamlıq problemləri var və o, törətdiyi əməlləri dərk edə bilmir. O, müdafiə etdiyi şəxs barəsində qətimkan tədbiri kimi 5000 lari girov qərarının verilməsi vəsatətini irəli sürüb, məhkəmə bunu nəzərə almayıb.
Növbəti məhkəmə prosesi iyulun 31-də keçiriləcək.