İş terrorizm və milli təhlükəsizliyinə aid olanda, hər suala açıq cavab verilə bilməz
İş terrorizm və milli təhlükəsizliyinə aid olanda, hər suala açıq cavab verilə bilməz

Parlament çoxluğunun lideri, Arçil Talakvadzenin bəyanatına görə, iş terrorizm və milli təhlükəsizliyinə aid olanda, hər suala açıq cavab verilə bilməz

Bu günki plenar iclasda Arçil Talakvadze Beri Qabriel küçəsində keçirilən xüsusi əməliyyata əks səda verdi və qeyd etdi ki, parlamentin etimad qrupu formatında, Təhlükəsizlik Xidmətini dinləyəcəklər və  bu xüsusi əməliyyat haqqında daha ətraflı məlumat alacaqlar.

 

“Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi xüsusi əməliyyatın hər iki vəzifəsini – əhalinin müdafiəsini və təhlükənin neytrallaşdırılmasını inandırıcı olaraq yerinə yetirdi. Sözsüz ki, İvane Qolaşvilinin qəhrəmanlığı tarixdə qalacaq. O, bütün ölkəyə fədəkarlığın nümunəsini göstərdi və onun cəsarətliyi qarşısında baş əyirik. İş terrorizm və milli təhlükəsizliyinə aid olanda, hər suala, təbii ki, açıq cavab verilə bilməz və bunu bizim həmkarlarımız da qeyd etdilər. Müxalifətçi həmkarlarımızın nəzərinə çatdırmaq istəyirəm ki, dövlət əhalini terrorizmdən müdafiə etdir, terrorçunun hansı ad və soyadı olduğundan asılı olmayaraq. Buna görə də, terrorçunun adı və soyadı nə idi, hansı parsportu var idi sualları, ikinci dərəcəlidir”, – Talakvadze bəyan etdi.

 

Şərh yaz