Tərkibində sağlamlıq üçün təhkükəli maddə olan "zəfəran" ədviyyatı, "Nafluğı" bazarında satılırdı
Tərkibində sağlamlıq üçün təhkükəli maddə, “Sudan1” olan “zəfəran” ədviyyatı, “Nafluğı” bazarında satılırdı. Məhsul satışdan artıq çıxarılıb.
Məsuliyyətə cəlb olunan qadının vəkili, Kaxa Mağradze bəyan edir ki, onun müdafiə etdiyi bazarda artıq 20-30 ildə alver edir. Vəkilin dediyinə görə, qadına istifadə etdiyi boyanın sağlamlıq üçün təhlükəli olduğu məlum deyildi.
“Ekspertiza müəyyən etdi ki, “zəfəran” ədviyyatında sağlamlıq üçün təhlükəli olan maddə, “Sudan1″ artmış miqdarda idi. Lakin qadın bu fakt barədə bilmirdi. Əks təqdirdə, sözsüz ki, onu satmazdı”, – Birinci Kanala vəkil bəyan etdi.
Mağradzə bəyan edir ki, məsuliyyətə cəlb olunan qadın istintaqla əməkdaşlıq edir və hər bir göstəriş və zəmanətləri yerinə yetirməyə hazırdır.
İş üzrə istintaq Gürcüstan CM-nin 198-ci maddəsinin birinci hissəsi ilə aparılır və 3-dən 5 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.