Terjolanın Hərarət Mərkəzində 3 ,Samtrediyada isə 2 pasiyent tədqiq olunub,bütün cavablar mənfidir
Terjolanın Hərarət Mərkəzində laboratoriyadan 3 pasiyentin analiz cavabını alıblar və hər üç cavab mənfidir.Bu barədə Gürcüstanın Birinci Kanalına klinikanın direktoru,Lado Kepuladze bildirib.
Onun verdiyi məlumata görə,ötən 24 saat ərzində tibb müəssisəsinə qızdırma simptomları ilə iki pasiyent daxil olub,onların hər ikisindən Covid 19-la əlaqədar analiz götürülüb və cavablar sabah bilinəcək.
Samtredianın Hərarət Mərkəzinə gəlincə isə, burda laboratoriyadan iki pasiyentin cavabını alıblar və hər iki cavab mənfidir.
Ötən 24 saat ərzində hərarət simptomu ilə stasionara pasiyent daxil olmayıb.
Hazırladı-Sevinc Mustafayeva