Tennis | Mariam Bolkvadze Sanderlend turnirində yarımfinala yüksəlib #1TVSPORT
Tennis | Mariam Bolkvadze Sanderlend turnirində yarımfinala yüksəlib #1TVSPORT

 
Gürcü tennisçi Mariam Bolkvadze Sanderlenddə keçirilən ITF-in 35 000-lik turnirində yarımfinala yüksəlməyə müvəffəq olub.

1/4 finalda gürcü tennisçi turnirdə birinci olan lixtenşteynli Katina von Deyxmanı üç setdə 6:2, 2:6, 7:6 (7:0) hesabı ilə məğlub edib.

Finala çıxmaq üçün hazırda dünya reytinqində 481-ci yerdə olan Mariam Bolkvadze isveçrəli Valentina Riseris və britaniyalı Sara Bet Qreys arasında görüşdən qalib ayrılan tennisçi ilə qarşılaşacaq.

1/8 finalda fransalı rəqibinə uduzan Nikoloz Basilaşvili də Sanderlend turnirində çıxış edib.