Tenqiz Tsertvadzenin məlumatına görə, Gürcüstanda vaksinasiyanın ilk dozasından sonra, koronavirusa yoluxma halları qeydə alınıb
Tbilisi İnfeksiya Xəstəxanasının direktoru Tenqiz Tsertvadzenin məlumatına görə, Gürcüstanda vaksinasiyanın ilk dozasından sonra, koronavirusa yoluxma halları qeydə alınıb.
Tsertvadzenin dediyinə görə belə halların sayı hələ 2-3-dür.
Ümumiyyətlə reinfeksiya hallarına gəlincə isə, 10-15 belə hal qeydə alınıb.
“Reinfeksiya halları ölkədə yox deyiləcək qədər azdır. Bildiyim qədəri ilə, 15 haldan artıq olmamalıdır. Bu onu göstərir ki, keçirilən koronavirus daha sona İngilis ştamından qoruyur, çünki bizdə yarısından çoxu İngilis ştamıdır və reinfeksiya halı sadəcə 10-15 dəfə baş verib.
Vaksinanın ilk dozasından sonra koronavirusa yoluxmağa gəlincə isə, belə halların 2-si və ya 3-ü qeydə alınıb”, – dedi Tenqiz Tsertvadze.