Tenqiz Tsertvadze - Panika üçün əsas yoxdur, yenidən sərt məhdudiyyətlər və karantin olmayacaq
Tbilisi İnfeksiya Xəstəxanasının direktoru Tenqiz Tsetsvadzenin bəyanatına görə, Gürcüstanda koronavirus hallarının artması gözlənilirdi.
Birinci Kanal ilə söhbət zamanı Tsertvadze bəyan etdi ki, daxili turizmin fəallaşması və vətəndaşlar tərəfindən virusa qarşı diqqətin azalması infeksiya hallarının artmasına nədən oldu.
Ancaq Tsertvadze hesab edir ki, panikalıq vəziyyət yoxdur və yenidən sərt məhdudiyyətlər və karantin gözlənilmir.
“Bugün baş verənlər normal və gözlənilən proses idi. Avropa və Amerikanın bir neçə ölkəsi yenidən karantin və sərt məhdudiyyətlər haqqında düşünür, ancaq Gürcüstanda belə bir tədbir planlaşdırılmır” – dedi Tengiz Tsertvadze.