Tenqiz Tsertvadze - Pandemiya şərtlərində iqtidar proporsiyonal tədbirlər görür, çünki daha sərt addımlar əhalidə diskomfort yarada bilər
Tenqiz Tsertvadze - Pandemiya şərtlərində iqtidar proporsiyonal tədbirlər görür, çünki daha sərt addımlar əhalidə diskomfort yarada bilər

Pandemiya şərtlərində iqtidar proporsiyonal tədbirlər görür, çünki daha sərt addımlar atsa və daha çox gücdən istifadə etsə, əhalidə diskomfort yarada bilər – bu barədə bəyanatı İnfeksiya Xəstəxanasının Patologiya Mərkəzinin rəhbəri Tenqiz Tsertvadze verdi.

Onun dediyinə görə, digər ölkələrdən fərqli olaraq, Gürcüstan infeksiyayı nəzarət altında tutur, ancaq buna görə, əhali rahatlamamalıdır.

Tsertsvadze əhaliyə epidemioloqlar tərəfindən verilən rekomendasiyaları qorumağa çağırır.

“Əldə etdiyimiz vəziyyəti qorumalıyıq. Tələb etdiyimiz requlyasiyalar elə çətin deyil ki, qoruya bilməyəsiniz. Maska taxmaq, məsafə qorumaq və insan yığıncağındam uzaq durmaq o qədər də çətin deyil.

Bütün təhlükələrin uzaqda qaldığını düşünmək də təhlükənin özüdür“, – dedi Tenqiz Tsertvadze.