Tenqiz Tsertvadze - Koronavirus vaksinasının 30 000-dən artıq dozası bir-iki həftəyə gətiriləcək, vaksinasiyanın unikal planı işlənilib
Tenqiz Tsertvadze - Koronavirus vaksinasının 30 000-dən artıq dozası bir-iki həftəyə gətiriləcək, vaksinasiyanın unikal planı işlənilib

Koronavirus vaksinasının 30 000-dən artıq dozası bir-iki həftəyə gətiriləcək, vaksinasiyanın unikal planı işlənilib və ilk növbədə tibb işçilərinin vaksinasiyası həyata keçirləcək, – bu bəyanatı Tbilisi İnfeksiya Xəstəxanasının direktoru Tenqiz Tsertvadze verdi.

Onun dediyinə görə, vaksinasiya üçün seçilən klinkalarda gərəkli infrastruktur və medpersonalın kvalifikasiyası haqqında təlimat var.

“Gürcüstan rəsmi məlumat aldı ki, martda 214 000 doza gətiriləcək.  Vaksinasiyanın güclü və unikal planı tərtib olunub” – dedi Tsertvadze.

Onun dediyinə görə məhdudiyyətlərin qaldırılmasını tələb edən insanların böyük hissəsinin vaksinadan imtina etməsini başa düşmür.

“Ümid edirik ki, birgə çalışmalarımızla, əhaliyi əmin edə biləcəyik ki, covid-pandemiyanın məğlubiyyətinə gedən yol vaksinasiyadır” – dedi Tenqiz Tsertvadze.