Tenqiz Tsertvadze - Ehtimala görə, 2-3 həftəyə Gürcüstan anti-virus medikamenti "Remdesivir"-i alacaq
Tenqiz Tsertvadze - Ehtimala görə, 2-3 həftəyə Gürcüstan anti-virus medikamenti "Remdesivir"-i alacaq

Ən çox tələbat olan anti-virsus preparatı “Remdesivirin” Gürcüstana iki-üç həftədən sonra daxil olacağı ehtimal olunur.

“Remdesivirin” daxil olması ölkədə ölüm saylarını daha da azaldacaq”, – bu barədə bəyanatı Tbilisi İnfeksiya Xəstəxanasının direktoru Tenqiz Tsertvadze verdi.

Onun dediyinə görə, preparatın tez zamanda gətirilməsi ilə bağlı iqtidar danışıqlar aparır.

“Qeyd olunan preparatın koronavirusu dəqiq müalicə edib-etməməsi hələlik təsdiqlənməyib, ancaq digər medikamentlər arasında o ən ümidvericidir. Bu medikamentə o qədər etibar edirlər ki, o hələ Amerikada belə kifayət qədər hazırlanmayıb və ABŞ iqtidarı onun əvvəlcədən alıb.

Bizdə bir yolunu tapıb, preparatı Avropa ölkələrindən almağa çalışırıq. Ehtimala görə, 2-3 həftəyə preparat ölkəyə daxil olacaq və onun istifadəsi ölüm saylarını azalda bilər” – dedi Tenqiz Tsertvadze.