Tenqiz Tsertvadze ehtimal edir ki, Gürcüstanda koronavirusa yoluxanların sayı 1000-i keçməyəcək

Tbilisi İnfeksiya Xəstəxanasının direktoru Tenqiz Tsertvadzanin bəyanatına görə, o hesab edir ki, Gürcüstanda koronavirusa yoluxanların sayı 1000 nəfəri keçməyəcək.

Onun dediyinə görə, virusun yayılmasının piki iki-üç həftəyə gözlənilir.

“Mənim proqnozumla, infeksiaya yoluxanların sayı 1000-dən artıq olmayacaq. Virusun yayılmasının piki iki-üç həftə sonra gözlənilir. İnfeksiya halları artacaq və pik yenə iki-üç həftə davam edəcək. Sonra isə, epidemiya düşməyə başlayacaq. Düşünürəm ki, Gürcüstan bu vəziyyətdən minimal itgilərlə çıxacaq və əsas olan odur ki, bir-birimizin yanında olaq” – dedi Tsertsvadze.

İnfeksiyaya yoluxanların sayı Gürcüstanda 195-dir. Onların arasında 46 pasiyent sağaldı. Üç nəfər isə, həyatını itirdi.