Tengiz Tsertsvadze - Bu il qripə qarşı vaksinasiyanın keçirilməsi hər zamankindən daha önəmlidir
Tengiz Tsertsvadze - Bu il qripə qarşı vaksinasiyanın keçirilməsi hər zamankindən daha önəmlidir

Teoretik olaraq, virus daha da aqressiv ola bilər, ancaq bunun əlamətləri hələ yoxdur, – bu bəyanatı Tbilisi İnfeksiya Xəstəxanasının direktoru Tenqiz Tsertsvadze verdi.

Birinci Kanal ilə söhbət zamanı Tsertsvadze qeyd etdi ki, qripdən və koronavirusdan baş qaçırdmaq üçün vətəndaşlar mütləq vaksinasiya edilməlidirlər.

“Qrip mövsumu başlayanda bu iki infeksiya bir-biri ilə yan-yana baş bilər və nəticədə ciddi problemlər yarana bilər. İlk öncə diaqnozun qoyulması baxımından problem yarana bilər, çünki bu xəstəliklərin simptomları eynidir. İkinci tərəfdən isə, bir nəfərdə hər iki xəstəlik eyni zamanda da ola bilər və bu da insan orqanizmi üçün böyük zərbədir.

Covid-19-a qarşı vaksinanın olmadığı üçün, vacibdir ki, qripa qarşı vaksinasiya edilsin. Ona görə də, əhaliyə müraciət edirik ki, mütləq qripə qarşı vaksinasiya edilsinlər” – dedi Tenqiz Tsertsvadze.