Tengiz Tsertvadze - Batumidə dörd pasiyent üzərində ozonoterapiyadan istifadə edildi, üçünün virusu yox oldu, əgər bu tendesiya davam etsə, möhtəşəm olacaq
Tbilisi İnfeksiya xəstəxanasının rəhbəri Tengiz Tsertsvadzenin bəyanatına görə, gürcü həkimləri birgə görüş zamanı koronavirusa qarşı mübarizənin müxtəlif metodları haqqında söhbət etdilər.
Tsertsvadzenin dediyinə görə, söhbət “Plakvenilə” də toxundu və o gürcü protokolunda olduğu şəkildə istifadə ediləcək.
“Batumidə dörd pasiyent üzərində ozonoterapiyadan istifadə edildi, üçünün virusu yox oldu, əgər bu tendesiya davam etsə, möhtəşəm olacaq. Ozonoterapiya insan orqanizminə xüsusi metodlarla ozonun daxil edilməsini nəzərdə tutur” – dedi Tengiz Tsertsvadze.