Tenqiz Tsertsvadze - Ölkəyə vaksina gətirdiyimiz gündən, ona qarşı nifrət kampaniyası başladı
Ölkəyə vaksina gətirdiyimiz gündən, ölkəmiz üçün zərər verici nifrət nifrət kampaniyası başladı, – bu bəyanatı Tbilisi İnfeksiya Xəstəxanasının direktoru Tenqiz Tsertvadze “AstreZeneka” vaksinası ilə bağlı verdi.
Onun dediyinə görə, bu nifrət kampaniyası əhalinin böyük hissəsinə mənfi təsir verdi və vaksinasiya üçün müraciət edənlərin sayı çox azdır.
“Vaksinanın ölkəyə gətirilməsi bir neçə həftə gecikdi, ancaq bundan sonra maneə olmayacaq. İndi hərşey səhiyyə sistemindən asılıdır. Görək Səhiyyə Nazirliyi əhalinin mobilizasiyasını bacara biləcək mi. Vaksina gecikəndə bizə iradlar gəlirdi ki, hanı vaksina, indi isə, vaksina gəldi, ancaq ona qarşı mənfi kampaniya başladı, güya zərərlidir və yan effektləri var. Bunu edənlər öz xalqına və ölkəsinə zərər verirlər.
Bu bir paradoksdur, öncə iqtisadiyyatımız çökdü, vaksina ala bilmirik deyənlər, indi də vaksinayı bəyənmirlər”, – dedi Tenqiz Tsertvadze.