Tenqiz Tsertsvadze- Hələ heç kim Gürcüstanın göstəricilərinə  etinasızlıq göstərməyib və dünya təşkilatlarından , dövlət başçılarından mütəmadi olaraq  təşəkkür məktubları alır və yüksək qiymətləndirməyə layiq  görülürük
Tenqiz Tsertsvadze- Hələ heç kim Gürcüstanın göstəricilərinə  etinasızlıq göstərməyib və dünya təşkilatlarından , dövlət başçılarından mütəmadi olaraq  təşəkkür məktubları alır və yüksək qiymətləndirməyə layiq  görülürük

 

 

Hələ heç kim Gürcüstanın göstəricilərinə  etinasızlıq göstərməyib və dünya təşkilatlarından , dövlət başçılarından mütəmadi olaraq  təşəkkür məktubları alır və yüksək qiymətləndirməyə layiq  görülürük – deyə  İnfeksion  Patologiya, QİÇS və Kliniki İmmunologiya  Mərkəzinin baş direktoru  Tenqiz Tsertsvadze bildirir.

Birinci kanala danışan Tengiz Tsertsvadze, koronavirusla bağlı Gürcüstanın göstəricilərinin  dünyada ən etibarlı sayıldığını bildirib.

“Nə  səviyyədə  bilirsiniz? Amerika, Fransa, İspaniya, İtaliya, Hollandiya, İsveç səviyyəsində mi?  Bu günə qədər heç kim Gürcüstanın göstəricilərinə  etinasızlıq  göstərməyib  və bütün səviyyələrdə, prezidentdən başlamış  həkimlər və şəxsən mən də daxil olmaqla ,mütəmadi olaraq, Birləşmiş Millətlər Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının, beynəlxalq nüfuza malik   qurumların, dövlət başçılarının və ekspertlərin təşəkkür məktublarını alırıq və ″Covid″-in idarə olunmasında yüksək qiymətləndirməyə layiq görülürük.

Amerikanın ən nüfuzlu nəşrlərindən biri olan ″Foreign Policy″, təxminən bir ay bundan  əvvəl rəsmi olaraq Gürcüstanı ən uğurlu 5 ölkə sırasına  daxil etdi və bir neçə gün bundan  əvvəl ən nüfuzlu nəşrlərdən biri olan ″Washington Post″, Gürcüstandan   “Covid”- in idarə edilməsində ən uğurlu ölkələrdən biri kimi bəhs etdi. Bundan sonra daha  nə haqda danışaq! ”-deyə  Tengiz Tsertsvadze bildirib.

 

Hazırladı-Sevinc Mustafayeva