Tenqiz Tsertsvadze - Gürcüstan tablet formasındakı medikamentləri ilk alanlardan biri olacaq, bu da yəqin ki inqilaba səbəb olacaq və peyvəndləmə ilə birlikdə pandemiyaya son qoyacaq
Tenqiz Tsertsvadze - Gürcüstan tablet formasındakı medikamentləri ilk alanlardan biri olacaq, bu da yəqin ki inqilaba səbəb olacaq və peyvəndləmə ilə birlikdə pandemiyaya son qoyacaq

 

Gürcüstan tablet formasındakı medikamentləri ilk alanlardan biri olacaq, bu da yəqin ki inqilaba səbəb olacaq və peyvəndləmə ilə birlikdə pandemiyaya son qoyacaq- Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının rəhbəri Tenqiz Tsertsvadze bu barədə bildirib.

“Bizdə ən son medikamentlər var. Amerika medikamentlərin yeni göstərişlərini təqdim etdi , eynilə “Remdesivir”. Biz uzun müddətdir ki, bu dərman üçün lobbiçilik edirik və unikal nəticələr ortaya qoyuruq. Evdə müalicə olunan pasiyentlər üçün istifadə olunarsa, pulsuz paylanacaq, lakin logistikaya ehtiyac var. ABŞ bu nəticələri bir həftə əvvəl elan etdi və hələ başlamayıblar. Ağırlaşma və ölüm hallarını 87% azaldır.

Tablet formasındakı medikamentlər  inqilaba səbəb olacaq və peyvəndləmə ilə birlikdə pandemiyaya son qoyacaq.
Gürcüstan bu dərmanları alan ilk ölkələrdən biri olacaq, artıq müqavilə imzalanıb. Bütün dünya növbədədir. Bizdə bu tablet formulu və üstəgəl “Remedisivir”  olduqda, həm ağır halların, həm də ölüm hallarının kəskin şəkildə azalacağına böyük ümid var” -deyə Tsertsvadze bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi peyvəndləməni təşviq etmək üçün qapı-qapı prinsipinin miqyasını artırmağa çalışır.

“İlin sonuna qədər əhalinin ən azı 2/3 peyvənd edilməli idi, buna Avropa və Amerika ölkələri nail olublar, Gürcüstanda əhalinin yalnız 1/3-i peyvənd olunub. Mən bunu səhv adlandıra bilmərəm, çünki dövlət hər şeyi edib, qeyri-müəyyən sayda ən yaxşı peyvəndlər ölkəyə gətirilib, 500 peyvəndləmə məntəqəsi, səyyar məntəqələr, avtobuslar istifadəyə verildi, kəndlərdə qapı-qapı prinsipi tətbiq olundu. Mən xaricdəki tərəfdaşlarımdan xüsusi olaraq soruşuram, onlar orada başqa heç nə etmirlər, sadəcə olaraq əhali daha çox məsuliyyətlidir. İki ay gecikmə var idi və buna görə də əhali müəyyən məsuliyyət daşıyırdı, çünki onlar Çin peyvəndini idxal etməkdən qəti şəkildə imtina edirdilər və mütləq “Pfizer” istəyirdilər. Bu da gecikmələrə səbəb oldu. Artıq bir ildir ki, peyvəndləmə ilə bağlı geniş kampaniya aparılır. “Pfizer”-i  bir ildən artıqdır ki ölkəyə gətirmişik. Kifayət sayda həm də. İki aylıq gecikmənin müşahidə olunan aşağı vaksinasiya göstəricisi ilə heç bir əlaqəsi yoxdur. İki ayı bir il əzində kompensasiya etmək mümkün idi.

Əvvəlki iki-üç ayda neçə dəfə Amiran Qamğrelidze və Ekaterine Tikaradzenin qapı-qapı gəzdiyini görmüsünüz və hətta bir dəfə onlar Amiran Qamğrelidzenin qapı-qapı gəzdikdən sonra süfrədə sağlıq dediyinin şəklini çəkmişdilər. Nazirlik indi qapı-qapı prinsipinin miqyasını artırmağa çalışır”- deyə Tenqiz Tsertsvadze bildirib.