Tenqiz Tsertsvadze –Ermənistanın Səhiyyə naziri üzr istəməlidir
Tenqiz Tsertsvadze –Ermənistanın Səhiyyə naziri üzr istəməlidir

 

İnfeksion  Patologiya, QİÇS və Kliniki İmmunologiya  Mərkəzinin direktoru  Tenqiz Tsertsvadze bəyanat yayır,o bəyanatında ,Ermənistanın  Səhiyyə nazirinin  Gürcüstandakı epidemioloji vəziyyət ilə bağlı bəyanatına reaksiya verir.

” Cari ilin 22 may  axşamı, Azadlıq Radiosu, Arminfo xəbər agentliyinə istinadən , Ermənistanın Səhiyyə naziri cənab Arsen Torosianın Gürcüstanla bağlı bir sıra səhv və həqiqəti əks etdirməyən fikirlər söyləməsinə dair  məlumat yaydı. Konkret olaraq desək, o, Gürcüstanda COVID 19-un  rəsmi statistik məlumatlarının doğruluğunu şübhə altına aldı və belə bir nəticəyə gəldi ki, Ermənistanın epidemiya əleyhinə sistemi  gürcü sistemindən güclüdür ?! Konkret olaraq desək, o, sözbəsöz dedi  ki,- “Gürcüstanın səhiyyə və epidemiya əleyhinə sistemi erməni sistemindən kəskin şəkildə fərqlənir (yaxşı mənada deyil).Sistemimiz daha güclüdür və bu həqiqətdir “?! – Ermənistanın Səhiyyə naziri bildirdi.

Hesab etmirik ki, cənab Torosian, yüksək səviyyəli bir dövlət məmuru olaraq  heç bir arqument gətirmədən   bu cür açıqlamalar verməməyi bizdən öyrənməlidir  .

Nüfuzlu beynəlxalq qurumların (Arminfo –nun göstəricilərinin özü də daxil olmaqla) rəsmi məlumatlarına görə cari ilin  may ayının 22-nə olan vəziyyətə əsasən, Gürcüstanda COVID 19-un təsdiqlənmiş 728 halı qeydə alınır, onlardan 12-si vəfat edib,   Ermənistanda isə COVID 19 –a 6302  təsdiqlənmiş yoluxma halı qeydə alınır, onlardan 77-si dünyasını dəyişib..

Bu fonda, cənab nazirin Ermənistanın epidemiya əleyhinə sisteminin gürcü sistemindən güclü olması barədə açıqlaması bir az  təbəssüm doğurucudur.

Cənab nazirin Gürcüstanın statistik məlumatlarının düzgünlüyünü şübhə altına almasına  gəldikdə  isə bildirmək istərdik ki, Gürcüstanda COVID 19-a yoluxan  pasiyentlərin  qeydiyyatı  ən yüksək beynəlxalq standartlara uyğun , şəffaf şəkildə aparılır   və onların yüksək etibarlılığı  heç bir beynəlxalq təşkilat və ya ekspert tərəfindən sorğulanmamışdır. Düşünürük ki, cənab nazir ya yanlış qiymətləndirmələrini (yumşaq desək) əsaslandırmalı, ya da heç olmasa öz bəyanatını inkar etməli  və üzr istəməlidir.

 

 

Hazırladı-Sevinc Mustafayeva