Tenqiz Tsertsvadze-əgər  məhdudiyyətlərin qismən qaldırılması  yoluxma hallarında ciddi artıma səbəb olmazsa, o zaman mayın 22-də fövqəladə vəziyyətin ləğvi  mümkün olacaq
Tenqiz Tsertsvadze-əgər məhdudiyyətlərin qismən qaldırılması yoluxma hallarında ciddi artıma səbəb olmazsa, o zaman mayın 22-də fövqəladə vəziyyətin ləğvi mümkün olacaq

Tbilisinin YXX-nın direktoru,Tenqiz Tsertsvadze bildirir ki, fövqəladə vəziyyətin qaldırılmasına dair qərar,məhdudiyyətlərin qismən yüngülləşdirilməsinin nəticələri  yekunlaşdırıldıqdan sonra veriləcək.

Mayın 22-dən sonra ölkədə fövqəladə vəziyyət ləğv oluna bilərmi sualına, cavabında  Tsertsvadze bildirib ki, bu günkü epidemioloji vəziyyət  buna imkan yaradır,lakin mayın 22-dək hələ bir həftə var.

YXX-nın direktoru ,ölkənin mövcud vəziyyəti qoruyub-saxlayacağını düşünür.

″Düşünürəm  ki, biz bu vəziyyəti qoruyub-saxlaya biləcəyik.Mənim tövsiyyəm belədir ki,  məhdudiyyətlərin aradan qaldırılmasından sonra 3 ehtiyyat tədbirinə əməl edək.Bunlara- əllərin tez-tez yuyulması, sosial məsafənin qorunması və qapalı məkanlarda maskanın taxılması daxildir.Bu həyatımızın ritmini pozacaq qədər diskomfort yaratmayacaq.Əksinə bu, daha ciddi ölçülərin  götürülməsi zərurətini aradan qaldıra bilər″-deyə Tenqiz Tsertsvadze bildirib.

 

Hazırladı –Sevinc Mustafayeva