Tenqiz Tsertsvadze-bizdə edilən hər şey yaxşı və keyfiyyətli edilirdi,Gürcüstanın ən yaxşı ölkələr arasında adının hallanması bunun sübutudur
Tenqiz Tsertsvadze-bizdə edilən hər şey yaxşı və keyfiyyətli edilirdi,Gürcüstanın ən yaxşı ölkələr arasında adının hallanması bunun sübutudur

 

 Tbilisinin YXX-nın direktoru, Tenqiz Tsertsvadzenin sözlərinə görə, müxtəlif beynəlxalq təşkilatlar və nəşrlər Gürcüstan barədə , koronavirus idarəçiliyinin ən yaxşı nümunəsi kimi danışdıqda, bu o deməkdir ki,Gürcüstanda  dövlət vertikalı yaxşı işləyib,bütün cavab tədbirləri vaxtında,effektiv və adekvat şəkildə aparılıb.

Onun sözlərinə görə,bütün bunlar ən nüfuzlu beynəlxalq qurumlar ,ölkələr,liderlər,mütəxəssislər və aparıcı nəşrlər tərəfindən görülüb və qiymətləndirilib.  „Foreign Policy “ ən yaxşı 5 ölkə arasında Gürcüstanın adını hallandırıb. „Washington Post“  son bir ay ərzində məqalədə ən yaxşı nümunə kimi  iki dəfə Gürcüstanın adını hallandırıb.

 „Deep Knowledge Group“-un tədqiqatına əsasən, Covid 19-un təhlükəsizlik reytinqində  Gürcüstan Şərqi Avropa və Mərkəzi Asiya regionunun lideridir.

 

 

Hazırladı-Sevinc Mustafayeva