Tenqiz Tsertsvadze bildirir ki, Gürcüstan 2-3 həftəyə "Covid 19"-un müalicəsində istifadə olunan iki tablet şəklindəki medikamenti qəbul edəcək
Tenqiz Tsertsvadze bildirir ki, Gürcüstan 2-3 həftəyə "Covid 19"-un müalicəsində istifadə olunan iki tablet şəklindəki medikamenti qəbul edəcək

 

Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Tsertsvadzenin sözlərinə görə, Gürcüstan 2-3 həftəyə Covid 19-un müalicəsində istifadə olunan iki tablet şəklindəki -“Pakslovid” və ” Molnupiravir” medikamentini qəbul edəcək.

Tsertsvadzenin sözlərinə görə, qeyd olunan dərmanlar yalnız evdə müalicə zamanı istifadə olunacaq.

“İki tablet şəklindəki – “Pakslovid” və “Molnupiravir” medikamenti həm “Delta” ştamına, həm də “Omicron”-a qarşı effektivdir. Gürcüstanın hər ikisi ilə müqavilələri var və Gürcüstan bu dərmanları alan ilk ölkələrdən biri olacaq. Bu medikamenti 2-3 həftəyə qəbul edəcəyik. Gürcüstan birincilərdən olacaq, heç dünyada yoxdur, bu yaxınlarda icazə alıb. Bu iki tablet şəklindəki dərman yalnız evdə müalicəsə istifadə ediləcək, çünki diaqnoz qoyulduqdan sonra ilk dörd gün ərzində istifadə olunacaq.

Kompleks yanaşmamız olacaq – evdə iki tablet şəklindəki dərman və klinikada bir əsas “Remedisivir” istifadə olunur, biz bu dərmanın evdə istifadə edilməsi imkanını nəzərdən keçiririk.

Bu dərmanlar dünyanın heç bir yerində sərbəst satışa çıxarılmır, çünki onlar çox azdır və onların yayılmasına hökumət səviyyəsində qərar verilir. Gürcüstan onu mərkəzləşdirilmiş qaydada alacaq və nazirlik onu bütün onlayn klinikalara və bütün ailə həkimlərinə paylayacaq” – deyə Tenqiz Tsertsvadze bildirib.