Temur Murğulaiya - böyük kitablar bölmələrə bölünəcəklər ki, uşaqlar nisbtən yüngül kitablar daşısınlar
Temur Murğulaiya - böyük kitablar bölmələrə bölünəcəklər ki, uşaqlar nisbtən yüngül kitablar daşısınlar

Kağızın parametrlərinin dəyişməsi baş verəcək və böyük kitablar bölmələrə bölünəcəklər ki, uşaqlar nisbtən yüngül kitablar daşısınlar, – bu barədə Təhsil Nazirinin müavini, Temur Murğulaiya, kitabların çəkisi barəsində verilən suala cavab verərkən bildirdi.

Onun dediyinə görə, intizarlar var ki, kitabların keyfiyyəti daha artıq olacaqdır.

“Məhz elə ona görə ki, bizə daha yaxşı kitablar lazım idi, tədris planı tamamilə dəyişdi, kitabların dəyərləndirilməsi meyarları dəyişdirildi. İntizarlar var ki, kitabların keyfiyyəti daha artıq olacaqdır. Çəkiyə gəldikdə, burada iki istiqamət var. Birincisi – kağızın parametrlərinin dəyişməsidir, lakin burada da bir neçə nyuans nəzərə alınmalıdır, ikincisi – böyük kitablar bölmələrə bölünəcəklər ki, uşaqlar nisbtən yüngül kitablar daşısınlar”, – Murğulaiya bəyan etdi.