Temkada qətl cinayəti baş verdi, iki nəfər həbs edilib
Temkada qətl cinayəti baş verdi, iki nəfər həbs edilib

Temkada gənc adamı soyuq silahla qətlə yetiriblər.

Öldürülən şəxs tanışlarının evində qonaq idi.

Sözlü münaqişə nəticəsində, mənzildə olan qonaqlardan biri digər iki qonağı, birini qətlə yetirib, birini də ağır yaralayıb.

Qonşular bəyan edirlər ki, yaralı şəxs ev sahibidir və evdən qaçmağı çatdlrlb.

Daxili İşlər Nazirliyinin bəyanatına görə, qatil hadisə yerində yanğın çıxardıb, yanında olan qızla bərabər, qaçıb.

DİN-in məlumatına görə, 1989-cu ilə təvəllüdlü N.N. daha öncə də qətl cinayətlərinə görə, məsuliyyətə cəlb olunub.

Qeyd olunan cinayət 16-dan 20 ilə qədər həbs cəzasını nəzərdə tutur.

DİN-in məlumatına görə, cinayətkarın yanında olan 1999-cu il təvəllüdlü A.U. baş verən hadisə ilə bağlı polisə xəbər vermədiyinə görə, həbs edilib.

Bu cinayət isə, üçdən yeddi ilə qədər həbs cəzasını nəzərdə tutur.

Qətl aləti dəlil olaraq, hadisə yerində tapılıb.

Faktla bağlı istintaq davam edir.