Temirlan Maçalikaşviliyi Tbilisiyə, Müqəddəs Mikael adına klinikaya gətirdilər

Pankisi dərəsinin Duisi kəndində həyata keçirilən xüsusi əməliyyat zamanı yaralanan 19 yaşlı Temirlan Maçalikaşvili, Telavinin referal xəstəxanasından Tbilisiyə Müqəddəs Mikael adına klinikaya gətirildi.

Yaralı gənc Tbilisiyə valideynlərinin razılığı ilə gətirildi.

Telavi referal xəstəxanasının reanimatoloqu Vasil Qotadzenin dediyinə görə, müalicənin daha adekvat keçirilməsi məqsədi ilə, pasientin Tbilisiyə xüsusi, çox-profilli klinikaya gətirilməsi lazım oldu, harda ki, o neyro-xirurgiya bölməsinə yerləşdiriləcək.

Temirlan Maçalikaşvilinin atasının bəyanatına görə, onun oğlunun teroristlərlə heç bir əlaqəsi yoxdur və suçsuz terə vuruldu.

“Oğlumu daha yaxşı klinikaya gətirdilər, yəqin ki, onu xilas etməyə çalışırlar. Ümid edirəm ki, hərkəs biləcək ki, oğlum suçsuzdur. Onu kim bu şərə saldı bilmirəm. Bəlkədə hüquqmühafizəçilər ünvanı qarışdırdılar, ancaq dövlət strukturları belə yanlışlıqlara yol verməməlidirlər”, – deyir Malxaz Maçalikaşvili.