Temirlan Maçalikaşvilinin ailəsi pasienti Türkiyəyə aparılmasına razılaşdı
Xüsusi əməliyyat nəticəsində yaralanan Temirlən Maçalikaşvilinin atası, Malxaz Maçalikaşvilinin bəyanatına görə, ailə müalicənin davam etdirilməsi üçün pasientin, İstanbula, “Koç” klinikasına aparılmasına razılaşdı.
“Durum dəyişməzdir, vəziyyət ağırdır. Biz pasientin Almaniyaya aparılmasını tələb edirdik. Lakin DTX və DİN avropaya doğru bütün yolları bağladı. Buna görə də Türkiyəyə razılaşdıq”, – Malxaz Maçalikaşvili bəyan etdi.
Həkim Zaza Lursmanişvilinin bəyan etdiyinə görə, pasientin durumu bu vaxta qədər həddindən artıq ağırdır. Müvafiq olaraq onun daşınması riskləri yüksəkdir. Həkimin açıqlamasına görə, Səhiyyə Nazirliyi tərəfindən seçilən klinika ailə üçün qəbuledilməzdir və İstanbulda “Koç” klinikasını ailənin özü seçdi.
Dünən Səhiyyə Nazirliyi Almaniyanın “Marite” klinikasından rədd cavabı aldı.