Temirlan Maçalikaşvilinin ailə üzvləri onun Türkiyəyə göndərilməsi detallarını dəqiqləşdirirlər
Pankisi dərəsində xüsusi əməliyyat zamanı yaralanan 19 yaşlı Temirlan Maçalikaşvilinin ailə üzvləri Səhiyyə Nazirliyinin nümayəndəsi, Avtandil Talakvadze ilə görüşdülər.
Görüşün başa çatmasından sonra, ailə üzvləri mediyaya detalları konkretləşdirməyiblər, lakin qeyd etdilər ki, söhbət pasientin Türkiyəyə göndərilməsinə aiddir.
Ailənin vəkilinin dediyinə görə, Səhiyyə nazirliyi ilə əlaqədədirlər və müəyyən detalları razılaşdırırlar.
Temirlan Maçalikaşvilinin sağlamlıq durumu bu günə qədər ağır olaraq qalmaqdadır.