"Telmiko" şirkəti - enerji bazarındakı dəyişiklik əhali üçün heç bir çətinlik yaratmayacaq
"Telmiko" şirkəti - enerji bazarındakı dəyişiklik əhali üçün heç bir çətinlik yaratmayacaq

Tbilisinin Elektrik Enerjisinin Təchizatçı  Şirkəti  “Telmiko” 1 iyul tarixindən etibarən Tbilisi əhalisini elektrik enerjisi ilə təmin edəcək.

Sözügedən şirkət “Telasi” əvəzinə abunəçilərə xidmət edəcək.

  “Telasi”-nin bütün istifadəçiləri avtomatik olaraq “Telmiko”-nun abunəçiləri olur. Elektrik Enerjisinin Təchizatçı    şirkətinin dəyişməsi, enerji sektorunun genişmiqyaslı islahatı ilə şərtlənir. Bu çərçivədə  Gürcüstanın enerji bazarı  avropa modelinə keçir.

“Bu dəyişiklik əhali üçün heç bir çətinlik yaratmayacaq. Əhali yalnız onu nəzərə almalıdır ki, iyul ayında   iki qəbz alacaq: “Telasi” -dən 1 iyul tarixinədək istifadə olunan elektrik enerjisinə   dair , “Telmiko” -dan isə 1 iyuldan sonra istifadə olunan elektrik enerjisinə dair qəbz alacaq.  Buna görə müştəri aşağıdakı hallara  diqqət yetirməlidir: İyun ayında istifadə etdiyi elektrik enerjisinin xərclərini “Telasi” -yə,    iyul ayında istifadə olunan elektrik enerjisinə görə isə xərcləri “Telmiko” -ya ödəməlidir.

Hər iki qəbzin ümumi məbləğinin aylıq elektrik enerjisi hesabının standart məbləğindən çox olmaması vacibdir. Bu sxem yalnız iyul ayında, yəni keçid dövründə etibarlıdır. Daha sonra qəbz çatdırılma sistemi və elektrik enerjisinin hesablama kanalları müştəri üçün dəyişməz olaraq qalır.Mühüm olan odur ki, sözü gedən proses  elektrik enerjisi tariflərində dəyişikliyə səbəb olmayacaq” -deyə  “Telmiko”-dan Gürcüstanın Birinci Kanalına bildirilib.