Televiziya yayımının 65 illiyi ilə əlaqədar Birinci Kanalın poçt markasının təqdimatı keçirilib
Televiziya yayımının 65 illiyi ilə əlaqədar Birinci Kanalın poçt markasının təqdimatı keçirilib

 

Gürcüstan Poçtu televiziya yayımının 65 illiyi ilə əlaqədar Birinci Kanalın markasının təqdimatını keçirib.

Markanın eskizi üzərində Gürcüstan Poçtu və Birinci Kanal birgə işləyib.

Təqdimat Gürcüstan Milli Arxivinin sərgi pavilyonunda keçirilib. Tədbirdə İctimai Yayımçının, Gürcüstan Poçtu , Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nümayəndələri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili poçt markasının Gürcüstanın televiziya yayımının tarixini yaxşı əks etdirdiyini bildirib.

“Televiziya yayımının 65 illiyi ilə əlaqədar Gürcüstan Poçtu ilə əməkdaşlıq çərçivəsində, Gürcüstan televiziya yayımının tarixini yaxşı əks etdirən Birinci Kanalın markası buraxılıb. Bizim üçün vacib gündür, lakin həm də kədərli, xanım Lia Mikadze dünyasını dəyişib. Televiziya qülləsinin ilk studiyasından xəbərlərin aparıcılığını edən ilk qadın teleaparıcı. Məhz bu qüllənin illustrasiyaları poçt markasında təsvir olunub. Onun xidmətləri böyükdür, Lia xanım hamı tərəfindən sevilirdi və televiziya, köhnə və yeni işçiləri ilə onun ölümündən mütəəssir olub.

Bu günə gəlincə, biz hələ də televiziya və bir növ dövr və ölkəmizin yaddaşı olan məhz bu 65 illik tarixin ətrafında dönürük. Birinci yayımçılığı əks etdirən marka buraxdıq. Radionun 100 ili tamam olur və bizim bir növ mesajımız ondan ibarətdir ki, Gürcüstandan və ya Gürcüstana bütün mesajlar çox müsbət olsun” -deyə Tinatin Berdzenişvili qeyd edib.

İctimai Yayımçının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze bu markanın buraxılmasının hər bir Gürcüstan vətəndaşı üçün olduqca vacib hədiyyə olduğunu bildirib.

“Çox vacib bir gündür, Birinci Kanalın markası buraxıldı. Bu, özlüyündə Birinci Kanala verilən qiymətdir və fikrimcə, eyni zamanda, hər bir Gürcüstan vətəndaşı üçün olduqca vacib hədiyyədir. Bu, belə demək mümkünsə, bizim müraciətimizdir. Xoşbəxt gələcək və bu markanın bu gün, bu dəqiqələrdə başladığı irəliləyiş arzulayıram. Əminəm ki, cəmiyyətdə öz layiqli yerini tutacaq” – deyə Vasil Mağlaperidze bildirib.

Gürcüstan Poçtunun baş direktoru Levan Çikvaidze televiziya yayımının 65 illiyi ilə əlaqədar buraxılan markanın bütün xidmət mərkəzlərində əlçatan olacağını bildirib.

“Birinci televiziya yayımının 65 illiyini qeyd etmək üçün xüsusi olaraq dövriyyəyə buraxılan markanın təqdimatı Dövlət Arxivinin binasında keçirilib. Markanın üzərində İctimai Yayımçının loqosu və qülləsi təsvir olunub. Olduqca yaxşı dizaynerlər tərəfindən minimalistik yerinə yetirilmiş əsər, fikrimcə, həm istehlakçı, həm də filatelistlər üçün olduqca cəlbedici olacaq. Marka Gürcüstan Poçtunun bütün xidmət mərkəzlərində əlçatandır. Tiraj 25 min, nominal iki laridir” – deyə Levan Çikvaidze bildirib.

2022-ci ildə Gürcüstanda birinci televiziya yayımının başlamasından 65 il ötür, bundan qaynaqlanaraq İctimai Yayımçı il ərzində müxtəlif tədbirlər planlaşdırmışdı, o cümlədən , Gürcüstan Poçtu ilə əməkdaşlıq çərçivəsində Birinci Kanalın markası buraxılıb. Marka artıq dövriyyədədir və istəyənlər onu Gürcüstan Poçtunun istənilən filialından əldə edə bilərlər.