„Teleməktəb“ layihəsində etnik azlıqlar üçün artıq mövcud olan dərslərə müxtəlif fənnlər əlavə olunub
„Teleməktəb“ layihəsində etnik azlıqlar üçün artıq mövcud olan dərslərə müxtəlif fənnlər əlavə olunub

„Teleməktəb“ layihəsində etnik azlıqlar üçün artıq mövcud olan dərslərə müxtəlif fənnlər əlavə olunub.

Təhsil Nazirliyindən verilən məlumata əsasən, Gürcüstanın Təhsil,Elm,Mədəniyyət və İdman Nazirliyi və Birinci Kanalın birgə layihəsi „Teleməktəb“ martın 30-da başladılıb və uğurla davam etdirilir.

“Təhsil, Elm,Mədəniyyət və İdman naziri, Mixeil Chxenkelinin „Teleməktəb“-in anonsunun verildiyi andan etibarən qeyd etdiyi üzrə, layihənin birinci mərhələsində etnik azlıqlar üçün gürcü dilinin tele dərsləri keçiriləcəkdi, mərhələli şəkildə isə, azərbaycan və erməni dillərində digər fənnlər də əlavə olunacaqdı.

Verilən sözə uyğun olaraq, aprelin 13-dən etibarən etnik azlıqlar üçün erməni və azərbaycan dillərində riyaziyyat,təbiət fənni, biologiya, həmçinin erməni və azərbaycan dillərinin,ana dil olaraq teledərsləri başlayacaq.

Televiziya dərsləri bütün siniflərin şagirdləri üçün nəzərdə tutulacaq,bununla yanaşı abiturientlər üçün ümumi qabiliyyətin teledərslərinin keçirilməsi də mühümdür ”-deyə Nazirlik tərəfindən yayılmış məlumatda qeyd olunub.

„Teleməktəb“ İctimai Yayımçının “Birinci Kanal-Təhsil”-in efiri ilə şagirdlərə keçirilir.Təhsil naziri qeyd edir ki, etnik azlıqlar üçün televiziya dərslərinin yaradılmasını Gürcüstanın Təhsil, Elm,Mədəniyyət və İdman Nazirliyi, Gürcüstanın Birinci Kanalı və TDU-nin Media və Teleincəsənət Kolleci birlikdə həyata keçiriblər.