"Telegraph" - Priqojinin üsyanını rus agentlərinin "Vaqner" üzvlərinin ailələrinə qarşı təhdidləri dayandırıb
"Telegraph" - Priqojinin üsyanını rus agentlərinin "Vaqner" üzvlərinin ailələrinə qarşı təhdidləri dayandırıb

 

Priqojinin üsyanını rus agentlərinin “Vaqner” üzvlərinin ailələrinə qarşı hədələri dayandırıb-bu barədə Britaniyanın “Telegraph” nəşri yazır.

B. Britaniyanın təhlükəsizlik mənbələrinin yaydığı məlumata əsasən, Putinin avtoritetində “əsl çatları” üzə çıxaran “Vaqner” qrupunun çevriliş cəhdi Rusiya xüsusi xidmət orqanlarının “Vaqner” liderlərinin ailələrinə qarşı təhdidləri ilə nəticələnib.

Bununla yanaşı, onlar tərəfindən verilmiş məlumatda Priqojinin 25000-dən çox döyüşçünün olduğunu iddia etməsinə baxmayaraq muzdlu qüvvələrin cəmi 8000 döyüşçüsünün olduğu və çox güman ki, “Vaqner”in Rusiya paytaxtını ələ keçirməklə bağlı istənilən cəhdində məğlubiyyətə düçar olacağı deyilir.

Kreml şənbə günü Priqojinin xəyanət ittihamının əfv edilməsi müqabilində Belarusa gedəcəyini açıqlayıb. Priqojin bu barədə açıqlama verməyib.

Kremlin məşhur təbliğatçısı, rus deputat Andrey Quruliov Priqojin və daha bir “Vaqner” üzvünü cəzalandırmaqdan başqa “başqa variant” olmadığını bildirib.

B. Britaniyanın Müdafiə Nazirliyindən həmçinin Ukraynanın son günlər hücumlarını artırdığını və Rusiyanın “yaxşı hazırlanmış” müdafiəsinə qarşı taktikasını təkmilləşdirdiyini açıqlayıblar.

Bununla belə, B. Britaniyanın analitiklər Priqojinin çevriliş cəhdinin Rusiyanın cəbhə xəttini zəiflədə biləcəyini bildiriblər.