Telavidə prezidentin andiçmə mərasiminin hazırlıq işləri başladı
Telavidə prezidentin andiçmə mərasiminin hazırlıq işləri başladı

Gürcüstanın baş nazirinin əmri ilə yaradılmış prezident andiçmə mərasiminin təşkilat qrupunun üzvləri, DTX və Müdafiə Nazirliyinin nümayəndələri Telavidə, İkinci Ereklenin Sarayı ərazisindədirlər.

Təşkilat qrupunun üzvü, rəssam Tamar Potsxişvilinin dediyinə görə, ərazinin gözdən keçirilməsindən sonra qrafika və eskizlər üzrə işə başlanacaq. Onun dediyinə görə, tarixi mühit, təbiət və gürcü elementləri mütləq müdafiə olunacaq.

Rejissor Basa Potsxişvilinin dediyinə görə, dövlət himnindən başqa “Mravaljamieri” də mütləq səsləndirilməlidir.

Şərh yaz