Telavi-Qombori yolunda, Socar şirkətinə aid olan benzin daşıyıcısının yoldan dönüb, partlaması nəticəsində 23 ton benzin töküldü
Telavi-Qomboriyi birləşdirən yolda “Socar” şirkətinin benzin daşıyıcısının trassadan dönüb partlaması nəticəsində 23 ton benzin töküldü.
Bu barədə məlumatı Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinin ətraf mühitin qorunması departamenti yayır.
Kənd Təssərrüfatı Nazirliyinin Ətraf Mühitin qorunması və nəzarət departamentinin əməkdaşları hadisə yerindədirlər və hazırda ərazinin yoxlanışı aparılır.
İstintaq başa çatdıqdan sonra, ətraf mühitə verilən zərərin həcmi də hesablanancaq.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı istintaq, Gürcüstanın cinayət məcəlləsinin 188-ci maddəsi ilə qaldırıldı, hansı ki, diqqətsizliyə görə, mülkə və əşyaya zərər verməyi nəzərdə tutur.