Texniki yoxlanışın qüvvəyə girdiyi andan avtomobil sahibləri üçün qaynar xətt işləyəcək

Avtonəqliyyat vasitələrinin periodik texniki inspeksiyasının mərhələ şəklində qüvvəyə girməsi prosesi və şəraitləri ilə maraqlanan şəxslərə 2018-ci ilin yanvarın 3-dən qaynar xətt xidmət edəcək – 1484.

Qaynar xətt Gürcüstanın İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə işləyəcək.

Yanvarın 1-dən sürücülər üçün məcburi olan texniki yoxlanışın qrafiki avtonəqliyyatın qeydiyyat tarixinə əsasən yazılacaq və bu da, ilk növbədə avtonəqliyyat sahiblərinə texniki yoxlanış üçün hazırlanmağa vaxt verəcək və həmçinin, risklərin yaranması ehtimalını azaldacaq.